Masallıda ailə faciəsi: 4 ölü

26 Fevral 2020

Masallıda güllələnmə hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

BUNA DA BAX: Bakıda sevgililər özlərini dənizə atdılar - Qız öldü – TƏFƏRRÜAT

 

Kənd sakini, 1988-ci il təvəllüdlü Sarvan Azərxan oğlu Ağayev həyat yoldaşı - 1999-cu il təvəllüdlü Alimə Əli qızı Nəbiyevaya, qaynı - 1995-ci il təvəllüdlü Miralim Əli oğlu Nəbiyevə və qayınanası - 1977-ci il təvəllüdlü Zemfira Ələsgər qızı Nəbiyevaya odlu silahdan atəş açıb, sonra isə özünü güllələyib.

Nəticədə S. Ağayevin həyat yoldaşı və qaynı hadisə yerində ölüb, özü və qayınanası isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə ailə münaqişəsi zəminində baş verib.

Polis və prokurorluq əməkdaşları tərəfindən daxil olan məlumat əsasında hadisə yerinə baxış keçirilib və müvafiq araşdırmalara başlanıb.

Faktla bağlı Masallı rayon Prokurorluğunda cinayət işi başlanıb, təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Şərh vermək üçün giriş edin
Top