Əfqanıstanın Azərbaycandakı səfirinin iş otağından oğurluq

04 Mart 2020

Bakıda inzibati binadan 60 min manatlıq oğurluq olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, əcnəbi vətəndaş Spelanay Xeyrullah Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, Hüseyn Cavid prospekti, ev 20-də yerləşən inzibati binada naməlum şəxslər onun xidməti otağından 35.255 dollar (59933 manat) oğurlayıblar.

BUNA DA BAX: Qobustanda kütləvi zəhərlənmə - Ölən var

Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) madəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Spelanay Xeyrullah Əfqanıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiridir.

Şərh vermək üçün giriş edin
Top