Bakı-Quba yolunda ağır qəza – 3 ölü

06 Mart 2020

Bakı-Quba yolunun Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş vermiş yol qəzasında 3 nəfər ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, gecə saat 02:00 radələrində baş verən qəzada 38 yaşlı Elxan Şövkət oğlu Əhmədovun idarə etdiyi "Renault" markalı avtomobillə "KamAZ" markalı yük avtomobili toqquşub.

BUNA DA BAX: Bakıda ağır qəza: 3 ölü

Nəticədə sürücü - Siyəzənin Böyük Həmyə kənd sakini Elxan Əhmədov, onun sərnişinləri - Siyəzən sakinləri, 26 yaşlı Şamo Zəbiulla oğlu Əliyev, 29 yaşlı Turan Mahir oğlu Əsgərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərh vermək üçün giriş edin
Top