Masallıda avtomobil dərəyə aşdı – 3 ölü, 3 yaralı

06 Mart 2020

Masallının Köhnə Zuvand kəndi ərazisində "Niva" markalı maşın yüksəklikdən dərəyə aşıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, nəticədə 2 qadın, 1 uşaq ölüb.

Avtomobildə olan digər 3 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

BUNA DA BAX: Bakı-Quba yolunda ağır qəza – 3 ölü

Xəsarət alanlar  sürücü, 1968-ci il təvəllüdlü Seymur Vidadi oğlu Şirəliyev, 1996-cı il təvəllüdlü Rəna Əyyar qızı Mahmudova və 2018-ci il təvəllüdlü Nuray Orxan qızı Şirəliyevadır.

Xəsarət alanlar bir ailənin üzvləridir. S.Şirəliyevin vəziyyəti ağır, R.Mahmudova və N.Şirəliyevanın durumları isə orta-ağır qiymətləndirilir.

Şərh vermək üçün giriş edin
Top