Lerikdə torpaq sürüşməsi - Ölən və xəsarət alanlar var

07 Mart 2020

Bu gün səhər saatlarında Lerikdə torpaq sürüşməsi olub, 1 nəfər ölüb.

Heftelik.az-ın məlumatına görə, hadisə rayonun Çayrud kəndində baş verib.

BUNA DA BAX: İstirahət günləri hava belə olacaq – PROQNOZ

Belə ki, torpaq sürüşməsi nəticəsində Əlirzayev Arifə məxsus ev dağılıb.

A. Əlirzayev ölüb, ailənin digər iki üzvü - 2014-cü il təvəllüdlü Ayan Arif qızı Əlirzayeva və 1988-ci il təvəllüdlü Qızqayıt Mirəhəd qızı Əliyeva  isə xəsarət alıb.

Yaralılar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Şərh vermək üçün giriş edin
Top