Rusiyada sel fəlakəti: 5 nəfər öldü, itkin düşənlər var

29 İyun 2019

Rusiyada leysan yağışlar subasma və selə yol açıb.

Heftelik.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, İrkutsk vilayətinin Tulunsk, Çunsk, Nijneudinsk, Tayşetsk və Ziminsk rayonlarının 48 yaşayış məntəqəsində  9 min 919 nəfərin yaşadığı 4 min 42 evi, 41 sosial obyekti su basıb.

Nəticədə 5 nəfər ölüb, bir neçə nəfər itkin düşüb. Təbii fəlakət nəticəsində 33-ü uşaq olmaqa, 351 nəfər xəsarət alıb. Xəsarət alanlardan 97-i xəstəxanaya yerləşdirilib, 251 nəfərə ambulator yardım göstərilib.

Top