Qəzaya düşən azərbaycanlı dünya çempionu öldü

30 İyun 2019

Dünən qəzaya düşərək xəsarət alan Şaolin ustası, MMA döyüş növü üzrə dünya çempionu 1993-cü il təvəllüdlü Fərhad Rahib oğlu Poladov vəfat edib.

Heftelik.az-ın məlumatına görə, bu barədə "Qafqazinfo" məlumat yayıb.

İdmançı əməliyyat olunduğu 3 saylı Şəhər Kliniki Xəstəxanasında həyatını itirib.

Qeyd edək ki, dünən Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Şaolin ustası, MMA döyüş növü üzrə dünya çempionu 1993-cü il təvəllüdlü Fərhad Rahib oğlu Poladovun idarə etdiyi “Niva” və “Hyundai” markalı avtomobillər toqquşub. İdmançı döş qəfəsindən və sol ayağından sınıq xəsarətləri alıb.

Top