Qusarda dəhşətli qətl

29 Mart 2020

Qusar rayonu ərazisində qətl hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Xurel kəndində qeydə alınıb. 

BUNA DA BAX: Cəlilabadda polisə xəsarət yetirilməsi ilə bağlı rəsmi açıqlama

Kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlu anası, 1971-ci il təvəllüdlü Əhmədova Maisə Aydəbəy qızını boğaz nahiyəsinə bıçaqla zərbə endirərək qətlə yetirib.  

Qətli törətdikdən sonra N.Əhmədov hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb, istintaq əməliyyat tədbirləri aparılır.

Şərh vermək üçün giriş edin
Top