“EuroHome”dakı yanğın Baş Prokurorluqda araşdırılır - RƏSMİ

12 May 2020

“Mayın 11-də “EuroHome” tikinti malları bazarında baş vermiş yanğın hadisəsi Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində araşdırılır”.

Heftelik.az-ın xəbərinə görə, bunu APA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib.

BUNA DA BAX: “EuroHome” bazarında yanğın – FHN araşdırmaya başladı

Qeyd edək ki, mayın 11-də gecə saatlarında yanğın “EuroHome” tikinti materialları bazarında baş verib. Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub. Zəng daxil olandan 6 dəqiqə sonra - saat 22:57-də Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb. Yanğın saat 00:30-da məhdudlaşdırılıb, 01:30-da isə tam söndürülüb. Ümumi sahəsi təqribən, 22 500 kv.m.-ə yaxın olan bazarın 3 300 kv.m. hissəsi yanıb, bazarın qalan hissəsi yanğından mühafizə olunub və qısa müddətdə məhdudlaşdırılaraq söndürülməsi təmin edilib.

Şərh vermək üçün giriş edin
Top