“Azərpoçt”dan 55 min manat yoxa çıxdı

15 May 2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-də oğurluq hadisəsi baş verib.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə şirkətin Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 81 saylı poçtunda qeydə alınıb.

BUNA DA BAX: Bank rəhbəri və atasının məhkəməsi başlayır

Belə ki, poçtda daxili yoxlama aparılan zaman 16 min ABŞ dolları (27 200 manat) və 28 min manat vəsaitin naməlum şəraitdə oğurlandığı məlum olub.

Daha sonra “Azərpoçt” bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı araşdırmalar aparılır.

Şərh vermək üçün giriş edin
Top