Usta oğurluq...

15 May 2020

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Bərdə rayon sakinləri - Elçin Mirzəyev və Vüsal Həsənov saxlanılıb.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, onlar Masazır kəndindən, Qurtuluş yaşayış massivindən və Mehdiabad qəsəbəsində ümumilikdə 20 evdən oğurluq ediblər.

BUNA DA BAX: Nazirliyin tabeliyindəki qurumun direktoru barəsində cinayət işi başlanıldı

Mənzillərə daxil olan oğrular, oradan məişət əşyaları, su nasosu, təmir tikinti və elektrik avadanlıqları, eləcədə digər qiymətli əşyalar aparıblar.

Qeyd edək ki, saxlanılan Vüsal Həsənov ev ustasıdır və onu bu işə Elçin Mirzəyev təhrik edib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Şərh vermək üçün giriş edin
Top