Azərbaycanda polis rəisinin oğlu faciəli şəkildə vəfat etdi

22 May 2020

Binəqədi Dövlət Yol Polisi şöbəsinin rəisi Mərdan Əliyevin oğlu Elvin Əliyev faciəli şəkildə dünyasını dəyişib.

Heftelik.z-ın Yenisabah.az-a istinadən verdiyi məlumata görə, hadisə bu gün baş verib.

BUNA DA BAX: Kişi arvadını liftdə öldürdü

Elvin Əliyev qəfildən müvazinətini itirərək yerə yıxılıb və başından xəsarət alıb. O, Respublika Diaqnostika Mərkəzinə gətirilsə də, həyatını xilas etmək olmayıb.

Məlumata görə, mərhumun 32 yaşı var. O, yenicə ailə həyatı qurubmuş.

Elvin Əliyev yol polisi əməkdaşı olub.

Şərh vermək üçün giriş edin
Top