Sumqayıtda iki yük maşını toqquşdu -  Ölənlər var

30 May 2020

Sumqayıt şəhərində “DAF” və “KamAZ" markalı iki yük avtomobili toqquşub.

Heftelik.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “KamAZ" markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü  Aslanov Asəf  Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

BUNA DA BAX: Beyləqanda ata və oğul qəzaya düşdü – Ölən var

Şərh vermək üçün giriş edin
Top