“Azərtoxum”un direktoru bıçaqlandı – Vəziyyəti ağırdır, şübhəli saxlandı

30 May 2020

Bərdədə bıçaqlanma olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Şərifli kəndində qeydə alınıb.

BUNA DA BAX: Sumqayıtda iki yük maşını toqquşdu -  Ölənlər var

Rayon sakini Məzahir Qasımov oğlu Şamil Qasımov ilə Orxan Fərəcbəyli arasında baş verən dava-dalaş zamanı onları ayırmaq istəyərkən bıçaqlanıb. O.Fərəcbəyli M.Qasımova 3 bıçaq zərbəsi endirib.

Xəstəxanaya yerləşdirilən M.Qasımovun vəziyyəti ağırdır.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən Orxan Fərəcbəyli qaçmağa cəhd etsə də, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə zamanı bıçaqlanan M.Qasımov “Azərtoxum” MMC-nin direktorudur.

Şərh vermək üçün giriş edin
Top