Ayı Şəki şəhərinin mərkəzinə gəldi - VİDEO

31 May 2020

Bu gecə saat 04.00 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkəti müşahidə olunub.

Heftelik.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Şəki Regional Ekologiya İdarəsinin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görüb, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçiriblər.

BUNA DA BAX: “Azərtoxum”un direktoru bıçaqlandı – Vəziyyəti ağırdır, şübhəli saxlandı

Vətəndaşlardan xahiş edilib ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar.

Artıq mütəxəssis heyəti müvafiq keyidici ləvazimatlarla Bakıdan Şəkiyə ezam olunub, ayı vurularaq keyidilib. Hazırda qonur ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görülür.

Şərh vermək üçün giriş edin
Top