Gəlin dəm qazından boğuldu

31 May 2020

Bakıda 22 yaşlı gəlin dəm qazından boğulub.

Heftelik.az-ən APA-ya istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 54, mənzil 39 ünvanında qeydə alınıb.

BUNA DA BAX: “Azərtoxum”un direktoru bıçaqlandı – Vəziyyəti ağırdır, şübhəli saxlandı

Şəhər sakini, 1998-ci il təvəllüdlü Aydan Allahverdiyeva  yaşadığı evin hamam otağında dəm qazından boğulub. Onun meyiti qaynanası tərəfindən aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci  (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şərh vermək üçün giriş edin
Top