Hasar uşaqların üstünə aşdı – Ölən və xəsarət alanlar var

31 May 2020

Qusarda bədbəxt hadisə baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Cibir kəndində qeydə alınıb.

BUNA DA BAX: Gəlin dəm qazından boğuldu

Kənd sakini 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramal Şeydayev, 2014-cü il təvəllüdlü Gülay Şeydayeva həyətdə oynayarkən həmin sahənin girəcəyində yerləşən mişar daşı ilə hörülmüş hasar və hasarın tərkib hissəsi olan daş tumbalar, dəmir qapı uçub.

Hadisə nəticəsində A.Əlisultanov açıq kəllə-beyin travmasıə alaraq hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsrətlərlə xəstəxanalara yerləşdiriliblər.

Şərh vermək üçün giriş edin
Top