Bakıda klinika 22 yaşlı qızın meyiti üçün valideynlərindən 38 min manat alıb – VİDEO

29 İyun 2020

“Bona Dea International Hospital” klinikasında 22 yaşlı mərhum Təbbəsüm Məmmədovanın ölümü sosial şəbəkələrdə aktiv müzakirə olunur.

Heftelik.az-ın məlumatına görə, valideynləri xərçəng xəstəsi olan T. Məmmədovanın 20 gün xəstəxanada müalicə adı ilə saxlanılaraq hər gün 1000-4000 manat alındığını, hətta ölümündən sonra da guya yaşadığı adı altında da bir neçə gün pul alındığını bildiriblər.

BUNA DA BAX: Koronavirusa yoluxan xəstələrin müalicəsi evdə belə aparılacaq – QAYDALAR

T. Məmmədovanın meyitini isə valideynlərə 38 min manat müqabilində qaytarılıb.

Baş verən hadisə ilə  Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, YUNESKO Bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, məhkəmə-tibbi ekspert, hüquqşünas, tibb elmləri doktoru, professor Vüqar Məmmədov Prezident İlham Əliyev ə Birinci Vitse-prezident Mehriban Əliyevaya, Baş prokurora müraciət edərək məsələnin araşdırılması və günahkarların cəzalandırılmasını xahiş edib. Eyni zamanda valideynləri də Prezident İlham Əliyevə müraciət ediblər. Heftelik.az müraciəti təqdim edir:

Şərh vermək üçün giriş edin
Top