Bakıda qeyri-qanuni fəaliyyət göstərən restoranda bədbəxt hadisə

29 İyun 2020

Bakının Xəzər rayonunda polis qeyri-qanuni fəaliyyət göstərən restoranda reyd aparan zaman bədbəxt hadisə baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Türkan qəsəbəsində qeydə alınıb.

BUNA DA BAX: Bakıda klinika 22 yaşlı qızın meyiti üçün valideynlərindən 38 min manat alıb – VİDEO

Bağlar massivində yerləşən üçmərtəbəli iaşə obyektinin ən üst mərtəbəsində yerləşən restoranın xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə qeyri-qanuni olaraq fəaliyyət göstərməsi ilə bağlı məlumat əldə edilib.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları həmin iaşə obyektini aşkarlayan zaman restoranda olan müştəri, 1977-ci il təvəllüdlü Tağıyev Azad Cəbrayıl oğlu məsuliyyətdən azad olmaq üçün özünü pəncərədən yerə atıb.

O, ağır vəziyyətdə - boyun və ayaq sümüklərinin sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Şərh vermək üçün giriş edin
Top