Qardaş qardaşı güllələdi

01 İyul 2020

Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.

 Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Rəhimov Ramil Vəli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı qardaşı, 1959-cu il təvəllüdlü Rəhimov Azər Vəli oğluna ov tüfəngindən atəş açıb. Ağır xəsarətlər alan A. Rəhimov ölüb.

BUNA DA BAX: Azərbaycan-İran sərhədində atışma - Ölən var

 
Hadisəni törədən şəxs saxlanılıb.

Qətlin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Top