Lerikdə maşın dərəyə yuvarlandı – Ölənlər və yaralananlar var

02 İyul 2020

Lerikdə maşın dərəyə yuvarlanıb, ölən və yaralananlar var.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza rayonun Bürsülüm kəndi ərazisində qeydə alınıb.

BUNA DA BAX: Qardaş qardaşı güllələdi

1977-ci il təvəllüdlü Habil Əzimovun idarə etdiyi 43-BC-418 dövlət qeydiyyat nömrə nişanlı "UAZ" markalı avtomobil yoldan çıxaraq təxminən 300 metr hündürlükdən dərəyə aşıb.

Nəticədə sürücü və sərnişinlərdən Elnarə Dadaş qızı İbrahimova və 1996-cı təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev dünyasını dəyişib.

Qəza zamanı avtomobildə olan 1984-cü il təvəllüdlü Mübariz İxtiyar oğlu Zeynalov və 2005-ci il təvəllüdlü Şeyda Habil qızı Əzimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

Top