İş adamının jurnalistləri təhqir edən qalmaqallı oğlu saxlanıldı

06 İyul 2020

Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq "Fairmont Baku" hotelində istirahət edən şəxslərdən daha biri saxlanılıb.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, bu, hoteldən çıxarkən jurnalistləri təhqir edən 1992-ci ildə Cəlilabad rayonunda anadan olmuş İsmayıl Babayevdir.

BUNA DA BAX: Sərtləşdirilmiş karantin rejimində hansı sahələrdə çalışanlara icazə verilir? - İZAH

O, iş adamı Fətulla Babayevin oğludur.

"Maşallah, hara gedirik, oralar quruyur. Sağ olsun, hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər və "Fairmont" da bağlandı. Rahat olun, xəbər saytları, bizi buradan da etdiniz. Görək, növbəti istirahətimizi etməyə haranı tapırıq", - deyə o, “İnstagram” hesabında paylaşdığı videoda bildirmişdi.

Ona hansı cəza veriləcəyi hələ məlum deyil.

Bu, İ.Babayevin ilk qalmaqallı hadisəsi deyil. O, ötən il idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobili digər 3 avtomobilə çırpmışdı.

Top