Evi tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı - FOTO

08 İyul 2020

Sumqayıt şəhər Polis idarəsi və Qubadlı rayon polis şöbəsinin əməkdaşları Sumqayıt şəhərinin inzibati ərazisində qanunsuz olaraq yaşadığı evi tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər Kotec qəsəbəsində yaşayan 1963-cü il təvəllüdlü Kərimov İbrahim Ramazan oğludur.

BUNA DA BAX: Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər?

Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağırılıb. 

Qeyd edək ki, Kərimov İbrahim Ramazan oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir. 

Şəxs polisin nəzarətinə götürülüb.

 
Top