"Azenko" rəhbəri yol qəzasında öldü

27 İyul 2020

Abşeron rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın məlumatına görə, 1969-cu il təvəllüdlü Zəkəriyyə Zaxar oğlu Poladovun idarə etdiyi “NİSSAN” markalı minik avtomobili yol kənarına aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib.

BUNA DA BAX: Xirdalanda qanlı olayla əlaqədar tutulanlar var - RƏSMİ

Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Sıxılmış vəziyyətdə qalan sürücünün meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki, qəzada ölən Zəkəriyyə Poladov "Azenko" MMC-nin rəhbəridir.

Faktla bağlı araşdırma aparılır.

Top