Bakıda jurnalistin evindən oğurluq olub - FOTO

29 İyul 2020

APA İnformasiya Agentliyinin müxbiri Ramiz Mikayıloğlunun yarımtikili həyət evindən oğurluq olub.

Heftelik.az-ın məlumatına görə, hadisə iyulun 27-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində baş verib.

BUNA DA BAX: Bakıda kirayənişin otaq yoldaşını öldürdü

Həyət evindən alüminium materialdan hazırlanmış pəncərələr xüsusi alətlərlə sökülürək oğurlanıb. Ümumilikdə dəyən ziyanın məbləği 2500 manatdan çoxdur.

Faktla bağlı Binəqəd Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.

2

3

Top