Arvadını bıçaqlayan ər özünü yandırdı

29 İyul 2020

Salyanda qadın əri tərəfindən bıçaqlanıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Kürsəngi kənd sakini, 1994-cü il təvəllüdlü Kərimova Aysel Vahid qızı qarın nahiyəsinin çoxsaylı bıçaq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb.

BUNA DA BAX: Bakıda jurnalistin evindən oğurluq olub - FOTO

Onun həyat yoldaşı,1988-ci təvəllüdlü Məcid Kərimov tərəfindən bıçaqlandığı bildirilir. Qeyd edilir ki, ər həyat yoldaşını bıçaqlayandan sonra özünü yandırıb. M.Kərimov ağır yanıq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Top