Bakıda ağılalmaz olay

07 Avqust 2020

Bakıda ana yeni dünyaya gətirdiyi əkiz uşaqlardan birinin oğurlandığını iddia edib.

Heftelik.az-ın məlumatına görə, bu barədə APA-ya  danışan Bakının Sabunçu rayon, Zabrat qəsəbə sakini Aytən Namazova qeyd edib ki, iyulun 31-də 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində əkiz uşaq dünyaya gətirib.

BUNA DA BAX: Olimpiya komplekslərinə koronaviruslu xəstələr yerləşdirilməyə başlandı

Ana iddia edir ki, uşaqlardan biri oğurlanıb: “Doğuşdan əvvəl UZİ-dən keçmişəm. Həkimlər mənə əkiz uşaq dünyaya gətirəcəyimi bildirdilər. Lakin doğuşdan sonra mənə bir uşaq verildi”.

Məsələ ilə bağlı doğuşu həyata keçirən həkim-ginekoloq Xatirə Həsənova  bildirib ki, Aytən Namazovanın şikayəti əsassızdır: “O, doğuşdan əvvəl bir dəfə UZİ-dən keçib. Həmin UZİ-nin nəticələri də səhv göstərilib. İstənilən vaxt kamera vasitəsi ilə yoxlama aparıla bilər”.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev isə məsələ ilə bağlı hazırda araşdırma aparıldığını bildirib.

Top