Xəzərdə neftçi itkin düşüb

10 Avqust 2020

Fövqəladə Hallar Nazirliyi neftçinin itkin düşməsi ilə bağlı məlumat yayıb.

Heftelik.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin "Abşeronneft" NQÇİ-nin stasionar dəniz özülündə operator vəzifəsində işləyən, 1975-ci il təvəllüdlü Kazımov Elşən Səfiyar oğlunun 09.08.2020-ci il tarixində növbədə olan zaman itkin düşməsi barədə məlumat daxil olub.

BUNA DA BAX: Münasibətdə olduğu xanım telejurnalisti şantaj edən şəxs həbs edildi

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri göyərtəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici-desant dəstəsi ilə axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Top