Nənəsini və bibisini öldürdü - TƏFƏRRÜAT

24 Sentyabr 2020

Bakıda dəhşətli qətl törədilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakinləri - 1932-ci il təvəllüdlü Esmira Cavadova və onun qızı, 1959-cu il təvəllüdlü Tamella Cavadova yaşadıqları evdə bıçaqlanaraq qətlə yetiriliblər.  

BUNA DA BAX: Qızını zəncirləyən ata məhkəməyə çıxarılır

İlkin araşdırmalar zamanı hadisənin E.Cavadovanın nəvəsi Samir Cavadov tərəfindən törədildiyi müəyyən edilib.

Məlumata görə, Esmira Cavadova və qızı eyni ünvanda yaşayıblar. Hadisəni törətməkdə şübhəli bilinən Samir isə anası dünyasını dəyişdikdən sonra nənəsinin və bibisinin evində yaşamağa başlayıb. Ailədaxili münaqişə zəminində  Samir nənəsi Esmira Cavadovaya və bibisi Tamella Cavadovaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Hər iki şəxs aldıqları ağır xəsarətlərdən hadisə yerindəcə keçinib. Daha sonra şübhəli şəxs paltarlarını dəyişərək evdən qaçıb. Samir evdən çıxarkən mətbəxdəki qaz plitəsini açıq qoyub. Maye qazın qoxusundan qonşular xəbər tutub. Dərhal Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edilib. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Mənzilin qapısı açılıb və evə maye qazın verilişi dayandırılıb.

Hazırda onun yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Qeyd edək ki, Tamella Cavadova müəllim olub.

Top