Kərəm Həsənovun bacısının 1 milyonunu mənimsəyən baxıcı EVƏ BURAXILDI

25 Sentyabr 2020

Prezidentin köməkçisi Kərəm Həsənovun bacısı Reyhan Ağarzayeva dələduzluğun qurbanı olub.

Heftelik.az-ın BakuPost-a istinadən verdiyi məlumata görə, R.Ağayevaya 1 milyon manata yaxın maddi ziyan vurmuş Sabirabad rayon sakini Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın 201900094 saylı cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi.

BUNA DA BAX: Kərəm Həsənovun bacısında bu qədər pul hardandır? - FALÇI QALMAQALI

Fala baxmaq adı ilə xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Şəfəq İsmiyeva ev dustaqlığına buraxılıb. Bu barədə "BakuPost"-a Ş.İsmiyeva özü məlumat verib:

“Baş Prokurorluğun qərarı əsasında yoldaşım həbsdə qaldı, hamilə olduğum üçün isə məni buraxdılar. İndi məhkəmələrə çöldən-çölə gedirəm. Təxminən 10 günə ana olmalıyam, ondan sonra bilmirəm, hökmə qədər çöldən-çölə məhkəmələrə gedib-gəlməyimə icazə veriləcək, yoxsa yox. Təbii ki, hökm veriləndən sonra həbs olunacağam. Ağır Cinayətlər Məhkəməsində açılış məhkəməsi oldu, amma bununla bağlı heç bir söz demədilər”.
Top