Türkiyədə güclü zəlzələ

30 Oktyabr 2020

Türkiyədə Egey və Mərmərə dənizlərində 6,6 maqnitudalı zəlzələ olub.

Heftelik.az-ın Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi məlumata görə, zəlzələnin mərkəzi İzmirin Seferhisar sahilində yerli vaxtla 14.51-də qeydə alınıb.

BUNA DA BAX: Məsud Yılmaz vəfat etdi

Zəlzələnin mərkəzi yerin 16 kilometr dərinliyində olub.

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu "Facebook" səhifəsində yazıb ki, zəlzələ nəticəsində indiyə qədər İzmir və Bayraklıda 6 binanın dağılması ilə bağlı bildiriş gəlib.  O qeyd edib ki, Uşak, Dənizli, Manisa, Balıkesir, Aydın və Muğla bölgələrində kiçik çatlar xaricində insan itkisi ilə bağlı məlumat verilməyib: “Komandalarımız axtarış və xilasetmə işini davam etdirir”.

Top