Evlərini tərk edən onlarla koronavirus xəstəsinə cinayət işi açıldı

30 Noyabr 2020

Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən şənbə və bazar günləri 29 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Heftelik.az-a  verilən məlumata görə, onlardan 26 nəfərinin evlərinə qayıtmaları təmin edilib, 3 nəfəri isə xəstəxanaya yerləşdirilib.

BUNA DA BAX: Azərbaycanda son sutkada 3712 nəfər koronavirusa yoluxdu - 35 nəfər vəfat edib

Onların hamısı barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. 

Top