Azərbaycanda bu il minlərlə zəlzələ olub

28 Dekabr 2020

“2020-ci ildə RSXM-nin seysmik stansiyaları tərəfindən 3579 yerli zəlzələ qeydə alınıb”.

Heftelik.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

BUNA DA BAX: Sutka ərzində karantin rejimini pozanlar cərimələnib - RƏSMİ

Q. Yetirmişli deyib ki, Azərbaycan və ona bitişik ərazilərdə 6604 zəlzələ qeydə alınıb: “Həmçinin Mərkəzin Monitorinq Mərkəzi tərəfindən 2301 uzaq zəlzələ də qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə bu günə qədər ml>3-dən yuxarı olan 74 zəlzələ müşahidə edilib”.

Azərbaycan və ona bitişik ərazilərdə qeydə alınan zəlzələlərdən 20-nin hiss olunduğunu qeyd edən baş direktor respublika ərazisindəki seysmiklik və bu istiqamətdə aparılan kompleks tədqiqatlar haqqında da məlumat verib.

Top