"Kimdirsə imkanlı hesab edir" - Jurnalist qarət olunmasından yazdı

07 Yanvar 2021

Sumqayıtda avtomobildən oğurluq hadisəsi baş verib.

Heftelik.az-ın məumatına görə, hadisə ötən gecə 36-ci məhəllədə qeydə alınıb.

BUNA DA BAX: Saatlıda evdə partlayış - Ölən var

Jurnalist İlham Məmmədzadənin avtomobili qarət edilib. Jurnalist sosial şəbəkədə paylaşdığı məlumatda qeyd edib ki, naməlum şəxs və ya şəxslər onun avtomobilinin sol-qabaq hissəsinin şüşəsini sındıraraq qarət edib: "Kimdirsə jurnalisti daha imkanlı hesab edir. Son 2 ildə ikinci dəfədir ki, bu hadisə baş verir. Səbəbi isə çox sadədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsində bu kimi hallara baxılmır. Polis rəsmi şəkildə bildirir ki, dəymiş ziyan 5 000 manatdan aşağı olduğu üçün cinayət işi açılmır. Vətəndaşın əmlakına basqın edilərək zərər vurulur, niyə cinayət işi açılmamalıdır? Sumqayıt sakinləri bilir ki, 36-ci məhəllə şəhərin mərkəzi hesab olunur. Görün indi şəhərin kənarında vəziyyət necədir. Təqribən 10 gün öncə də qonşu məhəllədən bir dostumuzun avtomobilini oğurlamışdılar".

İ.Məmmədzadə hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.

Qeyd edək ki, İ.Məmmədzadə oxşar hadisə ilə 2019-cu ildə də qarşılaşıb.

Top