Arvadını baltaladı

13 Yanvar 2021

Yevlaxda kişi arvadına balta ilə xəsarət yetirib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Hacıselli kəndi sakini, 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Qatar qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Başından balta zərbəsi alan, barmaqlarının bir neçəsi kəsilən və sümükləri sındırılan qadını ərinin döydüyü və xəsarət yetirdiyi müəyyənləşib.

BUNA DA BAX: Kişi baldızını qətlə yetirdi - SƏBƏB

Arvadını baltalayaraq ağır xəsarət yetirməkdə şübhəli bilinən Qarayev Mehdi Atakişi oğlu tutulub. 

Faktla bağlı araşdırma başlanılıb.

Top