Baş həkim və baş mühasib saxlanılıb

23 Yanvar 2021

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Baş Prokurorluğun Mətbuat xidmətindən Heftelik.az-a bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.

BUNA DA BAX: Azərbaycanda ən çox yayılan xəstəliklər - SİYAHI

 
 
Top