Kişi arvadını boğdu

01 Mart 2021

Zərdabda kişi arvadını qətlə yetirib.

Heftelik.az-ın APA-ya istinadən vediyi məlumata görə, hadisə bu gün rayonun Təzəkənd kəndində qeydə alınıb.

BUNA DA BAX: Azərbaycanda dəhşətli qətl - Bacı qardaşını öldürüb

Kənd sakini, 1965-ci il təvəllüdlü Aslanov Məhərrəm Şükür oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Aslanova Rəhilə Şahvələd qızını boğaraq öldürüb.  

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, M. Aslanov saxlanılaraq istintaqa cəlb edilib. 

Faktla bağlı  Zərdab Rayon Prokurorluğunda zəruri istintaq hərəkətləri aparılır.

Top