Vəzifəli şəxs minaya düşdü - YENİLƏNİB

03 Mart 2021

Ağdam rayon prokurorluğu vəzifəli şəxsin minaya düşməsi faktı ilə bağlı məlumat yayıb.

Ağdam Rayon Prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, martın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

***

saat 16.30

Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə rayon ərazisində minaya düşüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Ağdamın işğaldan azad olunan Novruzlu kəndində qeydə alınıb.

BUNA DA BAX: “Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur” - Azərbaycan Prezidenti

Ağır yaralanan idarə rəisi Bərdə Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Top