Qarabağ atları Moskvada beynəlxalq sərgidə nümayiş olunacaq

27 Noyabr 2019

 Azərbaycanın Qarabağ atları Moskvada keçiriləcək XXI Beynəlxalq At Sərgisində nümayiş olunacaq.

Heftelik.az-ın xəbərinə görə, sərgi noyabrın 28-dən dekabrın 1-dək "Sokolniki" Sərgi və Konqres Mərkəzində keçiriləcək.

Sərgidə ilk dəfə olaraq Azərbaycanın fəxri olan nadir cins Qarabağ atları nümayiş olunacaq.

Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın adət-ənənələri və mədəniyyəti ilə tanış olmaq imkanı əldə edəcəklər.

Eyni zamanda sərgi iştirakçıları Qarabağ atları barədə ətraflı məlumat alacaqlar, habelə onlarla xatirə şəkli çəkdirə biləcəklər

Şərh vermək üçün giriş edin
Top