Rəşid Şerif vəfat etdi

26 Mart 2020

Azərbaycan Dövlət “YUĞ” Teatrının baş rəssamı, Əməkdar rəssam Rəşid Şerif (Həsənov) vəfat edib.

Heftelik.az-ın məlumatına görə, R.Şerif martın 26-da vəfat edib.

BUNA DA BAX: “Gülüstan” sarayının memarı vəfat etdi

R.Şerif Yuğ teatrı yarandığı gündən bu teatrda çalışıb. Bu illər ərzində teatrda hazırlanmış 50-yə qədər tamaşaya, o cümlədən bir sıra xarici ölkələrin teatrlarında hazırlanmış tamaşalara tərtibat verib.

Allah rəhmət eləsin.

Şərh vermək üçün giriş edin
Top