Məşhur mahnının müəllifi koronavirusdan öldü

30 Mart 2020

Əfsanəvi “I Love Rock`n`Roll” mahnısının həmmüəllifi, müğənni Alan Merrill ötən gün koronavirusun qurbanı olub.

Heftelik.az-ın “Daily Mail”ə istinadən xəbər verir ki, bunu “Facebook”da onun qızı Laura Merrill açıqlayıb.

BUNA DA BAX: Rauf Babayev vəfat etdi

Laura Merrill  deyib ki, atası ilə  vidalaşmaq üçün mənə sadəcə iki dəqiqə vaxt veriblər. L.Merrill açıqlamasında insanları evdə qalmağa da çağırıb: "Hər kəsi buna ciddi yanaşmağa çağırıram. Pulun önəmi yoxdur. İnsanlar ölür”.

Qeyd edək ki, mərhum Alan Merrill 1951-ci ildə Nyu-Yorkda doğulub. O, 1975-ci ildə məşhur “I Love Rock`n`Roll” mahnısını Ceyk Hukerlə birgə yazıb. Mahnı 1981-ci ildə hitə çevrilib.

Şərh vermək üçün giriş edin
Top