Rafiq Əliyev vəfat etdi

16 Aprel 2020

Xalq artisti Rafiq Əliyev vəfat edib.

Heftelik.az-ın məlumatına görə, R. Əliyev uzun sürən sürən xəstəlikdən sonra dünən gecə saatlarında dünyasını dəyişib.

BUNA DA BAX: Məşhur müğənni koronavirusdan öldü

 

Aktyorla vida mərasimi evində olacaq.

Rafiq Əliyev Maştağa qəsəbəsindəki qəbirstanlıqda anasının yanında dəfn ediləcək.

Qeyd edək ki, Rafiq Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1957-ci ildə Bakıdakı 58 saylı orta məktəbin birinci sinfinə gedim, 1968-ci ildə həmin məktəbi bitirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rejissorluq bölməsinə daxil olub.  1971-ci ildə Qırmızı bayraqlı Qara dəniz Donanmasında hərbi qulluğa çağrılıb və 3 il hərbi xidmət keçib.

1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsinə qəbul olub. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunub.

1994-cü ildən Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib. 

Azərbaycan teatr sənəti qarşısında göstərdiyi xidmətlərə görə 1990-cı ildə Respublikanın Əməkdar artisti, 2007-ci ildə Respublikanın Xalq artisti fəxri adlarına layiq görülüb.

Şərh vermək üçün giriş edin
Top