Koronavirusdan ölən Xalq artisti dəfn edildi

12 İyun 2020

Xalq artisti, xanəndə Teymur Mustafayev dəfn edilib.

Bu barədə APA-ya müğənni Yusif Mustafayev məlumat verib.

BUNA DA BAX: Yazıçı-dramaturq vəfat etdi

Səhər tezdən cənazə Bakıdan Cəlilabad rayonunun Alar kəndinə gətirilib: “Onu Alar kənd qəbiristanlığında, həyat yoldaşı və oğlunun yanında dəfn elədik”.

Qeyd edək ki, Teymur Mustafayev iyunun 11-də koronavirusdan vəfat edib.

Şərh vermək üçün giriş edin
Top