“Bəhram Bağırzadənin vəziyyəti yaxşıdır”.
Heftelik.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini t.e.d. Rəşad Mahmudov bildirib.
BUNA DA BAX: Bəhram Bağırzadə artıq oturur - Həkim
R. Mahmudov bildirib ki, B.Bağırzadənin əhval-ruhiyyəsi də yaxşıdır: “Öz tənəffüsü bəs edir. Hələ ki, reanimasiyadadır”.
Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.
EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
İyulun 1-də B. Bağırzadə EKMO cihazından ayrılıb.
Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.