Hərarəti yenidən qalxan Bəhram Bağırzadədən son xəbər

22 İyul 2020

“Bəhram Bağırzadənin ümumi vəziyyəti orta ağırlıqda, stabildir”. 

Heftelik.az-ın məlumatına görə, bunu Mərkəzi Gömrük Hospitalının Müalicə işləri üzrə sədr müavini Bəxtiyar Musayev bildirib.

BUNA DA BAX: "Bəhram Bağırzadə yeriyir"

B. Musayev deyib ki, hemodinamik göstəricilərdə, udqunma və qidalanmada narahatlıq müşahidə edilmir: “Fəaldır, ayağa qalxır, yeriyir. Mövcud traxeostomatik boru daha kiçiyinə dəyişilib. Son iki gündə həmin boru qapalı saxlanılıb, xəstənin tənəffüsü fizioloji yolla, yəni burun və ağızdandır. Yaxın günlərdə həmin borunun tamamilə çıxarılması nəzərdə tutulur. Bununla belə ötən gün bədən hərarətinin və qanda iltihabi göstəricilərin yüksəlməsi nəzərə alınaraq infeksionistlərin iştirakı ilə aparılan antibakterial müalicədə müvafiq dəyişikliklər edilib”.

Top