Məşhur amerikalı aktyor koronavirusa yoluxub

24 İyul 2020

Amerikalı aktyor və rejissor Mel Gibson yeni növ koronavirusa (COVID-19) yoluxubmuş.

Heftelik.az-ın “The Evening Standart”a istinadən verdiyi məlumata görə, akyor bu virusa aprel ayında yoluxub.

BUNA DA BAX: Azərbaycan kinosunun Ulduzu vəfat etdi

Ancaq Mel Gibson xəstələnməsi ilə bağlı məlumatı açıqlamayıb. Bir həftə xəstəxanada müalicə alan aktyor "Remdesivir" preparatından istifadə edib.

Qeyd edək ki, Mel Gibson iki dəfə “Oskar” mükafatına layiq görülüb, “Qızıl Qlobus” mükafatçısıdır. 

 

Top