Mədəniyyət Nazirliyi Zəfər muzeyi üçün dəstək istədi

18 Yanvar 2021

Zəfər muzeyinin fondunun yaradılması ilə bağlı Mədəniyyət Nazirliyi vətəndaşlara müraciət edib.

Heftelik.az-ın məlumatına görə, nazirlik vətəndaşları Zəfər muzeyinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırıb. 

BUNA DA BAX: Azərbaycan Prezidentindən azad olunmuş torpaqlar barədə - BƏYANAT

Mədəniyyət Nazirliyi Fondun təşkil edilməsi məqsədilə Vətən müharibəsində iştirak etmiş hərbçilərə, həkimlərə, şəhid olanlara, qazilərə məxsus şəxsi əşyalar, sənədlər, o cümlədən işğaldan azad edilən ərazilərimizə aid olan maddi-mədəniyyət nümunələri, xəritələr, gerblər və digər əşyaları olan vətəndaşlardan bu gündən etibarən həmin nümunələri, pandemiya ilə əlaqədar tətbiq olunan sanitar-epidemioloji və karantin qaydalarına riayət etməklə, Azərbaycan İstiqlal Muzeyinə təhvil verməsini xahiş edib.  

Ünvan: Azərbaycan İstiqlal Muzeyi. Bakı şəhəri, Muzey Mərkəzi, Neftçilər Prospekti 123a. Əlaqələndirici şəxs: Aida Axundova (012) 498-83-51, (050) 546-33-32.

Top