"Vətəndaşlar sənədsiz evlərin inventarlaşdırılması ilə bağlı harasa müraciət etməsin" - RƏSMİ

20 Sentyabr 2021

Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) sənədsiz evlərin sənədləşdirilməsi prosesinin nə zaman başa çatacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

Heftelir.az-ın məlumatına görə. Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, müvafiq hüquq müəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırma işləri hazırda davam etdirilir.

BUNA DA BAX: "İnsan həyatı ilə belə oynamaq olmaz" - Vüqar Səfərli Ramiz Mehdiyev və Əli Həsənovdan danışdı

Qeyd edilib ki, sənədsiz evlərin inventarlaşdırılması ilə bağlı vətəndaşların hər hansı idarəyə müraciət etməsinə ehtiyac yoxdur: "Komissiya üzvləri bütün fərdi yaşayış evləri üzrə zəruri məlumatları yerində toplayırlar.

İnventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Təhlillər nəticəsində bu sahə üzrə qanunvericilikdə dəyişiklərlə bağlı aidiyyəti qurumlara təqdim olunması üçün təkliflərin hazırlanacağı gözlənilir".

O da bildirilib ki, sənədsiz evlərin uçotunun aparılması ilə bağlı yerli icra hakimiyyətlərində komissiyalar yaradılıb və bu günə qədər 267 000-ə yaxın sənədsiz evin uçotu tamamlanıb.

Top