Vəhdət Partiyasının Bəyanatı

29 Noyabr 2021

26 noyabrda Rusiyanın Soçi şəhərində təşkil olunmuş görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı və üçtərəfli imzalanmış bəyanat xüsusi əhəmiyyət kəsb edir.

Heftelik.az-ın məlumatına görə, bu, Vəhdət Partiyasının Bəyanatında əksini tapıb.

Bəyanatda deyilir: 

“Prezidentin çıxışı, üçtərəfli və ikitərəfli görüş Azərbaycan Rusiya arasındakı münasibətlərin strateji müstəvidə inkişaf etdiyini göstərdi. Qeyd olunduğu kimi Azərbaycan və Rusiya arasında fəal dialoq mühiti qalmaqdadır, hər tərəfli əməkdaşlığa meyl vardır, hər iki ölkə arasında iqtisadiyyat, nəqliyyat və humanitar əməkdaşlıqla bağlı 7 yol xəritəsi müəyyən olunub. Bundan başqa 15 min Azərbaycanlı tələbə Rusiyada təhsil alır, bu da Rusiya mədəniyyətinin, təhsilinin Azərbaycan üçün müəyyən əhəmiyyət kəsb etdiyi anlamına gəlir. Rəsmi şəxslər arasında qarşılıqlı səfərlər yüksək səviyyədədir. Rusiya Prezidentinin nümayəndəsinin, Rus hökumətinin sədrinin müavinini qəbul edib və eyni zamanda Rusiyanın ekspert mərkəzləri ilə birlikdə biznes konfransı keçirilib ki, bu biznes konfransında da Rusiyanın 30-dan artıq şirkəti iştirak edib. Cənab Prezident qeyd etdi ki, ötən il ərzində Rusiya sülhməramlılarının məsuliyyət zonasında ciddi insidentlər baş verməyib. Doğrudur, Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, amma bu Rusiya sülhməramlılarının məsuliyyət zonasından kənardır. Ən vacib ortaya çıxan məsələ budur ki, Ermənistan və Azərbaycan arasında sərhəd delimitasiyası edilməyib və indi qarşıda duran vəzifələrdən biri də məhz xəritə üzrərində və siyasi məsləhətləşmələr vasitəsi ilə  xəritələrdə sərhədlərin müəyyən olmasıdır. Daha sora isə demarkasiya işi, yəni faktiki sərhədlərin müəyyən edilməsi mərhələsinə keçiləcəkdir. Müharibəyə son qoymuş üçtərəfli bəyanatın icrası ilə bağlı, işlər davam eləsin. Azərbaycan tərəfi istər müharibə dövründə istər müharibədən sonra birmənalı şəkildə humanitar normalara riayət edib, 100 nəfərdən artıq erməni hərbi qulluqçusunu Ermənistana qaytarıb və ümumiyyətlə, Azərbaycanın arzusu ondan ibarətdir ki, Ermənistan ilə hərbi münaqişəyə son qoyulsun, sülh müqaviləsi bağlansın. Demək bu nöqteyi-nəzərdən də 26 Noyabr bəyanatının əhəmiyyəti vardır ki, bu bəyanatda Dağlıq Qarabağ ifadəsi əksin tapılmayıb, ümumiyyətlə Qarabağ ifadəsi yoxdur. Bildiyiniz kimi Ermənistanın arzusu idi ki, Dağlıq Qarabağın status məsələsi öz əksini tapsın. Ermənistanın tələbi ilə başqa bir məsələ, bu məsələyə bəyanatda toxunulmur. Amma Azərbaycanın istədiyi delimitasiya və demarkasiya çağırışı öz əksini tapıb. Avtomobil və dəmir yollarının açılmasının nəzərdə tutan layihələrin başlanması haqqında qərar qəbul olunur. Hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin tələbləri sənəddə öz əksini tapıb, bir sözlə 9 Noyabr 2020-ci il tarixli və 11 Yanvar 2021-ci il tarixli bəyanatların bütün müddəalarının ardıcıl yerinə yetirilməsi öz əksini tapıb. Rusiya Prezidenti dəhliz dedikdə “avtomobil və dəmir yolları” demiş, həmçinin mətbuat konfransında dəfələrlə dəhliz ifadəsi islətmişdir. Bu, əhəmiyyətlidir, cünki Ermənistan tərəfi dəhlizi qəti qəbul eləmir. Bir sözlə üçtərəfli işçi qrupunun işi davam etdiriləcəkdir, ümumiyyətlə biz bilirik ki, Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupundan narazıdır, bəyanatda ATƏTin Minsk Qrupunun da adi keçmir, bu da çox yaxşıdır.

Hesab edirik ki, Rusiya və Azərbaycan Respublikası rəhbərləri arasında etibarlı münasibət var, bunun Rusiya ilə Ermənistan arasında demək olmaz. Bunu gizləmək lazım deyil ki, Paşinyanın müəyyən hərəkətləri Moskvanı daim qıcıqlandırır, amma Rusiya və Azərbaycanın liderlərinin qarşılıqlı etimadı və dostluğu onların səmimi görüşməsindən də göründü ki, böyük qiymətləndirilir.

Bu danışıqlar nəticəsində Zəngəzur dəhlizinin reallaşmasına xidmət edən diplomatik gedişlər də var, təsadüfi deyil ki, Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında artıq bu dəhlizdən bəhs olunurdu. Əgər müəyyən bir razılıq olmasaydı, heç vaxt Azərbaycan Prezidenti beynəlxalq miqyasda bunu deməzdi ki, biz belə bir razılığa gəlmişik. Bizi narahat edən başqa bir cəhət var, o da minaların təmizlənməsi  məsələsinin orada müzakirəsi də Azərbaycanın uğurudur. Biz bildiyimiz kimi Paşinyan Soçi görüşü ərəfəsində də səbəbsiz sabotaj cəhdləri edirdi və əslində Azərbaycana deyil Rusiyanın özünə də hörmətsizlik kimi qəbul olunurdu. Hər bir halda dediyim kimi İrəvanın Rusiya üçün etibarsız tərəfdaş olduğu bir daha ortaya çıxdı və deyək ki, Paşinyanın Amerikada keçiriləcək Demokratiya sammitinə dəvət olunması, Rusiyanın və Azərbaycanın dəvət olunmaması da sanki Rusiyanın üçtərəfli görüşdə haradasa Azərbaycanın yanında yer aldığının ifadəsi kimi qiymətləndirilə bilər.  Rusiya və Türkiyə tərəfindən də dəstəklənməsi ilə Azərbaycanın düşürülmüş siyasəti həyata keçirilir, yəni Cənubi Qafqazın təhlükəsizlik arxitekturası qurulur”.

Top