“Hörümçək” sözünün lüğətə salınmamasına görə bunlar məsuliyyət daşıyırlar -ADLAR

18 Yanvar 2022

“Son günlərdə müxtəlif sosial şəbəkələrdə “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə (yenidən işlənmiş 7-ci nəşr) hörümçək sözünün verilməməsi etirazla qarşılanıb, bu, texniki qüsur kimi qəbul olunmalıdır”.

Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Heftelik.az-a verilən məlumata görə, akademik İsa Həbibbəyli lüğətin nə tərtibçisi, nə redaktoru, nə də rəyçisidir.

BUNA DA BAX: Eldəniz Səlimovdan növbəti - ŞİKAYƏT

Qeyd edilib ki, onun adının hallandırılması məqsədli xarakter daşıyır. Lüğətin elmi redaktoru akademik Möhsün Nağısoylu, məsul redaktorları filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, filologiya elmləri doktoru Nəriman Seyidəliyev, rəyçiləri filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Kazımov, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Əliyeva və mərhum professor Buludxan Xəlilovdur.

Qeyd edək ki, son orfoqrafiya lüğətinə “hörümçək” sözü salınmayıb.

Top